Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
2.2.2017

Gənclər günü

2 fevralda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib.Tədbir iştirakçıları və institut rəhbərliyi öncə II Fəxri xiyabanda tananınmış dilçi alim - akademik Ağamusa Axundovun məzarını ziyarət ediblər.

Qeyd edək ki, bu gün akademik A.Axundovun anadan olmasının 85-ci ildönümü tamam olur. Gənclər öz sələfləri Ağamusa Axundovu yad edərək, məzarı üstünə əklil qoyublar.Həmçinin anım mərasimində Ağamusa Axundovun ailə üzvləri də iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu öncə müstəqil Azərbaycan gənclərini bu bayram günü münasibətilə ürəkdən təbrik edərək, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.

M.Nağısoylu bildirib ki, “2 feval tarixinin Gənclər Günü kimi elan olunması ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir”.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov çıxış edib.Vurğulayıb ki, son illər gənclər, onların qarşısına qoyulan bütün məsuliyyətli işləri yüksək səviyyədə həyata keçirir. Qazanılan uğurlar bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi, məsuliyyəti dərk edir. Azərbaycan gəncliyi sürətli inkişafa meyillidir. Bu reallıqların əsasında dayanan dövlətin gənclər siyasəti, onlara maddi və mənəvi cəhətdən göstərdiyi qayğıdır.

Sonra M.Nağısoylu və C. Kazımov “Elmi fəaliyyətində səmərəli işlərinə görə” bir qrup gənc alimi – T.Şükürlü, A.Bəylərova, R.Abdullayev, P.İsmayəlov və A.Əhmədovanı fəxri fərmanla təltif edərək onları daha böyük nailiyyətlər əldə etməyə səsləyib.

Dilçilik İnstitutunun Həmkarlar Təşkilatının sədri, dosent Sevinc Əliyevanın təqdimatına əsasən institutun ictimai həyatında fəal iştirakına görə bir qrup əməkdaş – R.Heydərov, V.İbişova, E.Məmmədov, G.Həmidova, C.Fətiyeva və F.Məmmədova “Təşəkkürnamə” ilə təltif edilib.

Sonda çıxış edənlər bildirib ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

 

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dos. T.Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.