Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
27.1.2017

Azərbaycan ədəbi dilinin imkanlarından düzgün istifadə ilə bağlı müzakirələr aparılıb

Yanvarın 27-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ölkədə dil situasiyası: Nərimanov rayonu” mövzusunda “dəyirmi masa” keçirilib.

Nərimanov rayonunda müvafiq istiqamətdə aparılmış monitorinqlərin nəticələrinə həsr olunan tədbirdə Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr müzakirə olunub.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Məmmədova Dövlət Proqramında qarşıya qoyulan vəzifələrdən, mövcud problemlərdən söz açıb, ana dilimizin qorunması və inkişafı istiqamətində Prezident İlham Əliyevin gördüyü işləri xüsusi vurğulayıb.

Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva mövzunun aktuallığını diqqətə çatdırıb, bununla bağlı Nərimanov rayonunda görülən işlərdən danışıb. Bildirilib ki, müvafiq Dövlət Proqramı Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açır.

Diqqətə çatdırılıb ki, respublikamızda hazırkı vəziyyəti öyrənmək məqsədilə Dilçilik İnstitutunun əməkdaşları tərəfindən dilin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə mütəmadi monitorinqlər aparıb, regionlarda dil situasiyasının araşdırılması üzrə mərhələlərlə işlər görüblər. Belə ki, Bakının Səbail, Nəsimi və Nərimanov rayonlarında küçə adları, afişa və reklam lövhələrinin dil xüsusiyyətləri ilə bağlı monitorinqlər artıq başa çatıb və hazırda teleradio verilişlərinin dili üzrə müşahidələr aparılır.

Dilçilik İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov Nərimanov rayonunda aparılmış monitorinqlərin nəticələri barədə məruzə ilə çıxış edib.

Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov və digər çıxış edənlər Azərbaycan dilinin tədrisinin və tətbiqinin genişləndirilməsi, öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin, ana dilimizin kütləvi informasiya vasitələrində təbliğinin vacibliyini vurğulayıblar.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.