Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.1.2017

20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

Yanvarın 19-da Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.
Nəsimi adına Dilçilik İnstitutunun dirketoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu 20 Yanvar faciəsi haqqında geniş məlumat verərək bildirib ki, 20 Yanvar xalqımızın yaddaşına, müstəqillik tarixinə qanla yazılmış bir səhifədir. Bu gün xalqımız 20 Yanvar hadisələrinin 27-ci ildönümünü qeyd edir, igid övladlarınn fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir.


M.Nağısoylu qeyd edib ki, Qanlı Yanvar hadisələri nə qədər ağrılı və dəhşətli faciə olsa da, milli azadlıq tariximizdə şərəf və qürur günü, qəhrəmanlıq salnaməsidir.
Professor İ.Məmmədli, Q.Məşədiyev çıxışlarında məqsədyönlü şəkildə törədilmiş bu cinayətin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini və 20 Yanvar tarixinin xalqımızın qəhrəmanlıq və milli birlik gününə çevrildiyini vurğulayıblar.


Digər şöbə müdirləri və əməkdaşlar: S.Əliyeva, İ.Abbasov, Z.Əliyeva, A.Bəylərova, S.Məmmədova, K.İmamquliyeva, Ş.Məmmədov, Q.Qənbərova və E.İbrahimov çıxış edərək şəhidlərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını diqqətə çatdırıblar. Çıxış edənlər bilidiriblər ki, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.



İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.