Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.1.2017

Etibar İnancın xatirəsi yad edildi

Yanvarın 18-də Nəsimi adına Dilçilik İnstitutunda tanınmış dilçi alim Etibar İnancın anım tədbiri keçirilib. Tədbirdə öncə E.İnancın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açılış nitqilə başlayan Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu E.İnancın həyat və yaradıcılığından bəhs edib.
Etibar İnanc 1950-ci ildə noyabrın 8-də Bakıda anadan olmuşdur. O, uzun illərdir Nəsimi adına Dilçilik İnstitutunda elmi işçidən başlayaraq, şöbə müdiri vəzifəsinə qədər çalışıb. Etibar İnancın ömür yolu tək elmi yaradıcılığı ilə tamamlanmırdı. E.İnanc həm də Azərbaycan Dillər Universitetində pedaqoq işləyirdi.


Bununla yanaşı o, “Azərbaycan dilində fitonimlərin müqayisəli-tarixi araşdırılması, mənşəcə, morfoloji və fono-semantik aspektdə təsnifatı” adlı namizədlik dissertasiyası müdafiə etmişdir.
Bildirib ki, Etibar İnanc dilinin saflığını qoruyan, onun təəssübünü çəkən alimlərdən biri idi.
M.Nağısoylu çıxışında Etibar İnancı peşəkar alim olmaqla yanaşı,yaxşı valideyn, ailə başçısı kimi xarakterizə edib.Onu həmkarlarının qayğısına qalan humanist insan kimi səciyyələndirib.
Professor S.Sadıqova çıxışında özünə könüllərdə əbədi yer qazanmış E.İnancı istər elmi fəaliyyətindəki uğurları,istərsə də şəxsiyyət kimi öz fərdi keyfiyyətlərilə ailəsinin və vətənin adını ucaldan bir insan kimi diqqətə çatdırıb.
Yorulmadan çalışan, uzun illər Azərbaycan Dillər Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Etibar İnancın gənc nəslin yetişməsində böyük əməyi olduğu vurğulanıb. Tədbirdə alimin tələbələri çıxış edib.


Yaxın dostları, həmkarları onun barəsində keçmiş zamanda danışmağın çətin olduğunu söyləyiblər.
Digər çıxış edənlər – Ş.Orucova, Z.Əliyeva, E.Əliyeva, Q.Mahmudova, E.İbrahimov, İ.Abbasov və s. Etibar İnancın təvazökar insan, gözəl müəllim, görkəmli alim, dəyərli elmi əsərlərin müəllifi kimi daim qəlblərdə yaşayacağını qeyd ediblər.
Sonda alimin həyat yoldaşı Züleyxa Quliyeva ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.