Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
18.1.2017

SAYTLARIN DİL MƏNZƏRƏSİ

Xalqın milli sərvəti, onun qan yaddaşı və varlığının təzahürü olan dil həm də milli dövlətçiliyin rəmzi olduğu üçün onun inkişaf etdirilməsi, qayda və normalrının qorunması hər bir vətəndaşın borcudur. Bu fikirlər yanvarın 18-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Saytların dil mənzərəsi” mövzusunda keçirdiyi növbəti mətbuat konfransında səsləndirilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə (9 aprel 2013) təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda ana dilimizin dövlət dili kimi inkişafı, ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilmişdir. Dil nöqsanlarının aradan qaldırılması istiqamətində müxtəlif məsələlərlə yanaşı, KİV-də və elektron mediada dil normalarının pozulmasının qarşısının alınması (6.2.3; 6.3.8), ədəbi dilin düzgün tətbiq edilməsi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi (6.5.2) və s. bu vəzifələr sırasına daxildir.


Mətbuat konfransını giriş sözü ilə institutun direktor müavini fil.ü.f.d., dos. Baba Məhərrəmli açaraq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb. B. Məhərrəmli bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq, mövcud vəziyyəti öyrənmək üçün institut əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlər apardığını bildirib.
Mətbuat konfransında çıxış edən institutun Monitorinq şöbəsinin müdiri fil.ü.f.d., dos. Sevinc Əliyeva dilin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə davamlı şəkildə monitorinqlərin aparıldığını, mərhələli şəkildə regionlarda dil situasiyasının öyrənilməsi ilə bağlı işlər aparıldığını, hazırda Bakı şəhərində - Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələrinin dil xüsusiyyətləri və teleradio verilişlərinin dili üzərində müşahidələrin aparılması barədə məlumat verib.
Daha sonra institutun aparıcı elmi işçisi fil.ü.f.d., dos. Şahlar Məmmədov müşahidə olunan dil qüsurları ilə bağlı “Qaynar xətt”ə daxil olan müraciətlərdən danışıb.
Sonda mətbuat konfransının iştirakçıları KİV nümayəndələrinin suallarını cavablandırıblar.

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.