Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.1.2017

Elmi Şura

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü M.Nağısoylu bildirdi ki, bu il akademik A.Axundovun 85 yaşı tamam olur. Bununla bağlı A.Axundovun yubileyi keçirilməli, alimin həyat və yaradıcılığına aid məqalələr mətbuatda dərc olunmalıdır.
M.Nağısoylu vurğuladı ki, AMEA-nın həqiqi üzvü, fil.e.d., prof.Ağamusa Ağası oğlu Axundovun 85 illik yubileyinin keçirilməsi üçün AMEA-nın Humanitar Elmlər Bölməsinə təqdimat məktubunun hazırlanması Elmi Şuranın gündəliyində olan ilk məsələdir. Sonra elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli təqdimat məktubundakı təklifləri diqqətə çatdırdı:


1. Akademik A.Axundovun 85 illik yubileyinə aid Beynəlxalq Konfrans keçirilsin.
2.A.Axundovun əsərlərinin cildlikləri çap olunsun.
3.A.Axundovun yaşadığı binaya baralyefi qoyulsun.
4.Kürdəmir rayonunda oxuduğu məktəbə akademik A.Axundovun adı verilsin.
Səslənilən təkliflər Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edildi.
İclasda gündəliyə daxil edilmiş digər məsələlər də müzakirə edildi. Elmi Şuranın katibi dosent A.Məşədiyeva bildirdi ki,Türk dilləri və Monitorinq şöbələrinə şöbə müdirlərinin seçkisi üçün müsabiqə təşkil olunub.Həmin müsabiqədə Türk dilləri şöbəsinə namizəd dosent Aygül Ağamusa qızı Hacıyeva, Monitorinq şöbəsinə isə dosent Sevinc Novruz qızı Əliyeva iştirak edir. Hər iki namizədin sənədi tam şəkildə hazırlanaraq Elmi Şuraya təqdim olunub.
Sonra Elmi Şura üzvləri təklif etdilər ki, şöbə müdirliyinə seçkilərin təşkili ilə bağlı “Hesablayıcı Komissiya” yaradılsın.


Hesablayıcı Komissiyanın tərkibi:
Professor İsmayıl Məmmədli (sədr)
Professor Sevil Mehdiyeva
Fil.e.d. Kamilə Vəliyeva
Səsvermə bitdikdən sonra sədr İ.Məmmədli nəticə ilə bağlı məlumatı nəzərə çatdırdı. Bildirdi ki, gizli səsvermə zamanı 27 nəfər şura üzvündən 25 nəfəri iştirak edib. 25 nəfər lehinə səs verib. Əleyhinə və etibarsız büllüten yoxdur.
Sonda Elmi Şura Hesablayıcı Komissiyanın qərarını təsdiq etdi. A.Hacıyeva və S.Əliyevanın şöbə müdirliyinə namizədliyi Elmi Şura tərəfindən qəbul olundu.
Cari məsələlərin sırasında Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi dosent Elçin İsmayılovun “Qurd-türk etnosu: araşdırmalar-çözümlər” kitabının çapa təqdim olunması şura üzvləri tərəfindən məqbul hesab edildi.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.