Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
11.1.2017

"TƏDQİQLƏR"

"Tədqiqlər" jurnalının yeni nömrəsi rəngarəng və maraqlı yazılarla oxucularların görüşünə gəlib. (Tədqiqlər № 2, 2016)
Jurnalın baş redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Orucova , redaktor müavini isə filologiya elmləri doktoru Kamilə Vəliyevadır. Buraxilişa məsul şəxs filologiya üzrə fəlsəfə doktoru Ruslan Abdullayevdir.
Qeyd edək ki, qısa müddət ərzində jurnalın ikinci nömrəsi çap olunub.
Jurnalın bu dəfəki nömrəsində yubileylərlə bağlı məqalələrin işıqlandırılmasına geniş yer ayrılıb. “Tədqiqlər”də Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 illik yubileyi münasibətilə Türk dilləri şöbəsinin aparıcı elmi işçiləri Ş.Orucova və Q.Mahmudovanın məqalələri oxuculara təqdim olunub. Məqalələrdə vurğulanıb ki, M.Nağısoylunun izi Dilçilik İnstitutunun tarixində həm bacaraqlı rəhbər, həm istedadlı alim, həm də mükəmməl insanın qoyduğu iz olacaq.
Tətbiqi dilçilik şöbəsinin müdiri professor İsmayıl Məmmədlinin 70 illik yubileyi münasibətilə gənclərin və digər dilçi alimlərin də məqalələri jurnalın bu sayında maraqla oxunur. Qeyd edək ki, “Əmək veteranı” fəxri adına layiq görülmüş görkəmli alim İ.Məmmədli həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsində baş məsləhətçidir. İ.Məmmədli 40 ildir ki, yorulmadan dilimizin təmizliyi,saflığı və aydınlığı keçiyində dayanıb.
2016-cı ilin noyabrında Bakıda keçirilən Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfransa aid rəsmi xronika da ikinci nömrədə yer alıb. Bu barədə ətraflı şəkildə Dilçilik İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü bəhs edib.
Həmçinin “Tədqiqlər” jurnalında dilçiliyin müxtəlif sahələrinə aid elmi məqalələr öz əksini tapıb.
Jurnalı maraqlı edən cəhətlərdən biri də xüsusi rubrikada təqdim edilən materiallardır. Bu hissədə mərhum dilçi alim Etibar İnanc haqqında məqalələr dərc olunub. Bildirilib ki, Etibar İnanc əbədi qəlblərdə yaşayacaq insan, heç vaxt unudulmayacaq alimlərimizdəndir.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.