Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
9.1.2017

“Dilçilik İnstitutunun əsərləri” jurnalının yeni sayı işıq üzü görüb

“AMEA Nəsimi adına Dilçilik İnstitutunun əsərləri” (№ 1 , 2016) jurnalınn yeni nömrəsi çap olunub. Dilçilik elminin tanıdılmasında böyük rol oynayan jurnalın bu nömrəsində “Dil tarixi və dialektologiya”, “Azərbaycan dili və terminologiya”, “Nəzəri dilçilik”, “Türk dilləri”nə aid məqalələr çap olunub.

Qeyd edək ki, “Dilçilik İnstitutunun əsərləri” jurnalının baş redaktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoyludur. Buraxılışa məsul şəxs isə institutun elmi işçisi Vəfa İbişovadır.

Jurnalın “Dil tarixi və dialektologiya” bölməsində AMEA-nın müxbir üzvü M.Nağısoylunun “Orta əsrlər Azərbaycan lüğətçiliyinə bir baxış” məqaləsində lüğətlər dilçiliyin inkişafına yönləndirilmiş bir sərvət kimi dəyərləndirilib. Burada Azərbaycan lüğətçiliyinin ilk nümunələrindən geniş söhbət açılıb.

Türk dillərinə aid araşdırmalar dosent B.Məhərrəmli, A.Məşədiyeva və E.Əliyevanın məqalələrində öz əksini tapıb.

“Elmi həyat” bölməsində isə filologiya elmləri doktoru Mayıl Əsgərovun “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” adlı Beynəlxalq Konfransa dair məqaləsində multikulturalizim Azərbaycan xalqının mənəvi dəyərlərinin tərkib hissəsi kimi dəyərləndirilib .

Dosent Təranə Şükürlünün “Birinci Türkoloji Qurultay – Türk xalqlarının elmi-mədəni birliyinə ortaq milli-mənəvi dəyərlərinin inkişafına geniş üfüqlər açan əlamətdar hadisə” adlı məqaləsində isə 2016-cı ilin nöyabrında Bakıda keçirilən Türkoloji Qurultayın əhəmiyyətindən bəhs olunub .

Resenziya hissəsində isə dosent Güntəkin Binnətovanın “Məmməd Cəfərzadə-Azərbaycan dili sintaksisinin yorulmaz tədqiqatçısı” adlı məqaləsi yer alıb.

Personalia bölməsində isə akademik Tofiq Hacııyevin 80 illik yubileyi haqqında İsmayıl Məmmədlinin “Tofiq Hacıyev 80”, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 illik yubileyi münasibətilə Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqovanın “Möhsün Nağısoylu 70”, professor İsmayıl Məmmədlinin 70 illik yubileyi barədə isə filologiya üzrə elmləri doktoru Nəriman Seyidəliyevin “ İsmayıl Məmmədli 70” adlı məqalələri oxuculara təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.