Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
7.1.2017

“Türkologiya” jurnalının 2016-cı il üçün sonuncu sayı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu Beynəlxalq “Türkologiya” jurnalının 2016-cı il üçün sonuncu (№4) sayı çapdan çıxıb.

Jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində, Türkiyə, Polşa, Moldova, İran, Özbəkistan, Ukrayna və Azərbaycan alimlərinin məqalələri yer alıb. AMEA-nın Rəyasət Heyətinin qərarı ilə jurnal artıq daha geniş istiqamətləri ehtiva edir. Beynəlxalq elmi jurnalın bu sayında “Türkoloji irs”, “Dilçilik”, “Mədəniyyət və İncəsənət”, “Tarix və Etnoqrafiya”, “Yazılı Abidələr”, “Müzakirə və Diskussiya” rubrikalarında yer alan nəzəri məqalələr, həmçinin “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia”, “Nekroloqlar” bölmələrində toplanan yazılar oxucuların marağına səbəb olacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının ənənələrinin davamı və türkologiyanı təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin mütəxəssisləri üçün də maraqlı etməkdir.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.