Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
25.12.2015

"Kitabi-Dədə Qorqud"un elm aləminə bəlli olmasının 200 illik yubileyinə həsr olunmuş konfrans

    Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda "Kitabi-Dədə Qorqud"un elm aləminə bəlli olmasının 200 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

    Tədbiri giriş sözü ilə açan professor Sayalı Sadıqova qeyd edib ki, Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud” dastanına böyük önəm verdiyini diqqətə çatdırıb: “Kitabi-Dədə Qorqud” abidəsinin açılış mərasimində ölkə başçısı bu dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası əksini tapıb.

    Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu çıxış edərək bildirib ki, Avropanın Şekspiri, Rusiyanın Tolstoyu, Azərbaycanın da Qorqudu var: "Azərbaycan ədəbiyyatında Dədə Qorqudu tədqiq edənlər çox olub. Qorqudşünaslar yalnız Azərbaycan sərhədləri daxilində deyil, sərhəddən kənarda da kifayət qədərdir. Dədə Qorqudun hər sətrini dönə-dönə oxumalıyıq. “Dədə Qorqud” dastanı hər il qeyd edilməlidir. Bu dastanda elə birləşmələr, cümlələr var ki, heç bir mənbədə onlara rast gəlmək olmur".

  Sessiyada professor Sevil Mehdiyeva "Kitabi-Dədə Qorqud" ənənələri Azərbaycan xalq dastanlarında mövzusunda çıxış edib. S. Mehdiyeva vurğulayıb ki, xalq ozanlarının dilindən yazıya alınan "Kitabi-Dədə Qorqud" dastanı ümumən Azərbaycan mədəniyyət tarixində, xüsusən ədəbi dil tarixində xəlqilik baxımından müsbət bir ədəbi-bədii hadisənin təməlini qoyub. Bu əsər Azərbayan ədəbi dilinin milli ənənələr üzərində zənginləşməsinə və inkişafına rəvac verdi".

    Filologiya elmləri doktoru İlhami Cəfərsoy isə bildirdi ki, XV əsrin sonları, XVI əsrin əvvəllərində “Dədə Qorqud” dastannın yenidən yazıya alınması xeyirxah bir ənənə faktl kimi xalqımızın tarixində mədəni hadisədir.

    Daha sonra professor İsmayıl Məmmədli “Kitabi- Dədə Qorqud” dastanının lüğət tərkibindı maddi-mənəvi leksika”, Əzizxan Tanrıverdi “KDQ-da tempiral isimlər”, dosent Vahid Zahidoğlu “Qan Turalı boyunda bir soylama haqqında” adlı məruzələrlə çıxış etmişlər.

    Mətbuat xidmətinin rəhbəri: dos. Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.