Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
11.12.2015

Teleradio məkanında ədəbi dilin qorunması ilə bağlı monitorinqin nəticələri açıqlanıb

  Dekabrın 11-də Milli Televiziya və Radio Şurasında (MTRŞ) Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında ölkənin radio və televiziya kanallarında aparılan monitorinqin nəticələrinə həsr olunan tədbir keçirilib.

  MTRŞ və Dilçilik İnstitutunun birgə apardığı monitorinqlər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə, “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində aparılıb.

  Mətbuat konfransında Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli, mətbuat katibi dosent Təranə Şükürlü, Monitorinq şöbəsinin əməkdaşları iştirak ediblər. Monitorinqlər filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qaziyeva və dosent Aytən Bəylərova tərəfindən aparılıb.

    Monitorinqə İctimai TV, Xəzər TV, ANS TV, ATV, Space TV, Lider TV və Region TV-də yayımlanan verilişlərin dili cəlb olunub. Məqsəd milli telekanallarda yayımlanan verilişlərin dil mənzərəsi ilə bağlı vəziyyəti müəyyənləşdirmək, ədəbi dil normalarının pozulma hallarını aşkarlamaq olub.
Tədbirdə MTRŞ-nin sədrinin müavini Qafar Cəbiyev ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramları üzrə monitorinqlərin nəticələrinə dair ümumi məlumat verib.

   Bildirilib ki, teleradio yayımçılarının efirlərində ədəbi dil qaydalarının dinamikası müsbətə doğru dəyişməkdədir, lakin hələ də problemlər var və onların aradan qaldırılması vacibdir. Bəzi televiziyalarda çalışan diktor və aparıcıların daha peşəkarları ilə əvəz olunması zərurəti yaranıb. Həmçinin filmlərin dublyajına nəzarət gücləndirilməlidir.

  Monitorinq çərçivəsində bir sıra təkliflərin hazırlandığı da diqqətə çatdırılıb.

Mətbuat xidmətinin rəhbəri dos. Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.