Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
30.11.2015

Tofiq Hacıyev itkisi: hüznümüz sonsuzdur

Ey Türk dünyasının böyük oğlu, dəyərli şəxsiyyəti!

Ey müəllimlər müəllimi!

Ey bəylər bəyi!

Ey insanların xası!

Türkologiyanın zirvəsi!

İnsanlığın üz ağlığı Tofiq müəllim!

Bu acı xəbəri ürək ağrısı ilə öyrəndim. Türkologiya, ümumən dünya dilçilik elmi igid bir oğlunu, Bilkənd ailəsi öz hörmətli ağsaqqalını, müəllimini, Beynəlxalq Türk Dili Qurultayının akademik heyəti isə öz dəyərli üzvünü itirdi. İtkimiz böyük, acımız sonsuzdur.

Əziz müəllimim! Vaxtilə Bilkənddə təşkil edilmiş I Beynəlxalq Türk Dili Qurultayında çıxış edərkən rektorumuz professor Əli Doğramacıya burada Türk dili və ədəbiyyatı fakültəsinin yaradılması təklifini vermişdiniz. Necə də xoşbəxt idiniz həmin gün! Belə ki, təklifiniz qəbul edilmiş və “Eğitim Bilimleri Enstitüsü”ndə həmin fakültənin yaradılması üçün professor Əli Doğramacı artıq bizə öz tapşırıqlarını vermişdi. Qısa müddətdə Universitetdə Türk dili və ədəbiyyatı fakültəsi yaradıldı. Təbii ki, bu təklifin reallaşmasında da Sizin gərgin əməyiniz oldu.

Sovet dövründə - proseslərin mürəkkəb olduğu illərdə belə rəhbərlik etdiyiniz Bakı Dövlət Universitetinin Türkologiya kafedrasını dünyaya tanıtdınız. Beynəlxalq arenalardakı uğurlu çıxışlarınızla Azərbaycanın və Türkiyənin qüruru oldunuz. Yorulmaq bilmədən bir insanın həyatına sığmayacaq qədər əsərlər yaratdınız.

Bu gün Sizinlə çalışan elm adamlarının, tələbələrinizin, Sizi sevənlərin gözləri yaşlı, Türkologiyada ata sevgisi ilə yetişdirdiyiniz, həyatlarına işıq saçdığınız insanlar isə kimsəsiz, yetim qaldı.

Dəyərli Tofiq müəllim! Bundan sonra da bizə miras qoyduğunuz bu şərəfli yoldan heç vaxt dönməyəcək, uğrunda vuruşduğunuz amallar uğrundakı mübarzəni ləyaqətlə davam etdirəcəyik. Dünyanın hər yerində çalışan yetirmələriniz bundan sonra da öz vəzifələrini şərəflə yerinə yetirəcək, Sizin irsinizi sonsuzadək yaşadacaqlar.

Əziz müəllimim! Ölkəmiz və millətimiz Sizi hər zaman özünüzdən sonra miras qoyduğunuz əsərləriniz və yetirmələrinizlə xatırlayacaqdır.

Dəyərli müəllimim, Sizə Allahdan rəhmət, həyat yoldaşınız Tamara xanıma, oğlunuz Azər Hacıyevə və nəvələrinizə, bütün Türk dünyasına səbir və başsağlığı diləyirəm.

Ruhun şad, məkanın cənnət olsun, Ustad! Hamımızın başı sağ olsun!

Professor Rasim Özyürək
İhsan Doğramacı Bilkənd Universitetinin Direktoru

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.