Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
27.11.2015

Azərbaycan dilçilik elminə ağır itki üz vermişdir

Görkəmli alim, Çağdaş Azərbaycan filologiyasının, xüsusən də dilçilik elminin korifeylərindən biri, Əməkdar elm xadimi, "Şöhrət" ordenli, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, Dilçilik İnstitutunun direktoru, akademik Tofiq İsmayıl oğlu Hacıyev noyabrın 27-də ömrünün 79-cu ilində vəfat edib.

Tofiq Hacıyev 1936-cı il mayın 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1968-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda müəllim, dosent, 1969-1970-ci illərdə Azərbaycan Dövlət Universitetində dosent, 1970-1984-cü illərdə Türkologiya kafedrasında professor, 1984-cü ildə həmin kafedranın müdiri olmuşdur. 1993-cü ildə Azərbaycan Respublikasının Maarif naziri vəzifəsində çalışmışdır.

1962-ci ildə filologiya elmləri namizədi, 1969-cu ildə filologiya elmləri doktoru alimlik dərəcələrin almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir.

Dilçi alim 2006-cı ildən ömrünün son gününədək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədri olmuş, 1995-ci ildə Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü seçilmiş, 1998-ci ildə Türkiyə Cümhuriyyətinin "Ləyaqət nişanı" ilə təltif edilmişdir. O, Türkiyənin Sanatçılar və Yazarlar Vəqfinin 2002-ci il üzrə "Türk dünyasına xidmət" mükafatının sahibidir. 2004-cü ildə Qaraman Türk dili mükafatına, Atatürk Dil Qurumunun Üstün Hizmət Baratına layiq görülmüş, 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adını almış, səmərəli elmi fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

T.Hacıyevin "Sabir: qaynaqlar və sələflər", "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz", "Dədə Qorqud: dilimiz, düşüncəmiz" kitabları elmi ictimaiyyətin rəğbətlə qarşıladığı əsərlərdir. O, "Azərbaycan sovet ədəbiyyatı" dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak etmişdir.

"Аzərbaycan ədəbi dili tarixi" dərsliyinin, "Azərbaycan ədəbi dili tarixi", "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi", "Azərbaycan dili tarixi", "Azərbaycan dili" kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.

"Dədə Qorqud kitabı ensiklopediyası"nın aparıcı müəlliflərindən biri və birinci cildinin redaktoru, "Üzeyir Hacıbəyov ensiklopediyası" və AMEA-nın altı cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin müəlliflərindəndir.

Alimin klassiklərimizin dili və üslubu ilə bağlı onlarca məqaləsi, "Satira dili", "Yazıçı dili və ideya-bədii təhlil", "Molla Nəsrəddin"in dili və üslubu", "Füzuli: dil sənətkarlığı" kitabları çap olunmuşdur. Orta məktəblər üçün "Türk dili" (IX siniflər üçün), "Türk dili" (X-XI siniflər üçün) dərslikləri nəşr edilmişdir. Görkəmli alim 20 kitabın, 500-dən çox elmi məqalənin müəllifidir.

T.Hacıyev kadr hazırlığı sahəsində də çox iş görmüş, dil tarixi, dialektologiya üzrə respublikamız və başqa türk xalqları üçün çoxlu sayda elmi işçi yetişdirmişdir. Kişinyov, Almatı, Düşənbə, Bişkek, Nukus, Nalçik və başqa şəhərlərdə elmi konfrans və simpoziumlarda dil tarixi və dialektologiyanın aktual mövzularında məruzələr etmişdir. Onun elmi yaradıcılığında "Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı tədqiqatlar mühüm yer tutur.

Akademik T. Hacıyev 2014-сü ildən bugünədək AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Xeyirxah və alicənab insan, istedadlı alim, ləyaqətli şəxsiyyət Tofiq Hacıyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Görkəmli alimlə vida mərasimi noyabrın 28-də saat 11:30-da AMEA-nın Əsas binasında keçiriləcək.

Allah rəhmət eləsin!

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.