Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.11.2015

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərin müzakirəsi ilə bağlı Rəyasət Heyətinin geniş iclası keçirilib. Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq AMEA rəhbəri Azərbaycan elminə göstərdiyi yüksək qayğıya görə Prezident İlham Əliyevə Azərbaycan alimləri, Akademiya və elmi ictimaiyyət adından dərin minnətdarlığını bildirib. Sonra akademik Akif Əlizadə ölkə prezidenti İlham Əliyevin Ümumi yığıncaqda irəli sürdüyü elmi prioritetlər haqqında geniş məruzə ilə çıxış edib.

Akademik Akif Əlizadə bildirib ki, bu il noyabr ayının 9-da respublikanın ictimai-mədəni həyatında əlamət­dar hadisə olan AMEA-nın 70 illik yubiley tədbirində ölkə başçısı İlham Əliyev öz nitqində Azərbaycan elminin respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənən prioritetlərini elan edib. Akademik Akif Əlizadə ölkə başçısı İlham Əliyevin Azərbaycan elminin qarşısında ölkənin yeni iqtisadi modelinin hazırlanması istiqamətində fundamental və tətbiqi tədqiqatların, o cümlədən qeyri-neft sektorunun gücləndirilməsi və ixrac potensialının artırılması, ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri ilə əlaqələndirilməsi və bu baxımdan kompleks araşdırmaların aparılması, sənayenin inkişaf prosesində elmin yaxından iştirakına nail olunması kimi mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulayıb.

Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev Azərbaycan dilinin saflığının qorunması istiqamətində dilçilik üzrə müvafiq tədbirlərin həyata keçirilməsi kimi mövzuda çıxışlar edib. T.Hacıyev bildirib ki, bəzi hallarda mətbuatda dil normasının pozulmasına imkan yaradılır: “Televiziyalarda və mətbuatda müəyyən qüsurlara yol verilir”. Dilçilik İnstitutu məhz bu cür nöqsanları aradan qaldırmaq üçün müxtəlif istiqamətlər üzrə monitorinqlər aparır.

Azərbaycan gənclərinin müxtəlif ölkələrin dillərini öyrənmələrini müsbət qiymətləndirən institut direkotru əlavə edib ki, əsas olan onların ilk növbədə ana dilini səlist bilmələridir: “Sovet dövründə ailələr uşaqları ən çox rus məktəblərinə göndərirdilər. Bu gün isə uşaqlar ingilis dilinə maraq göstərir”. Bütün bunlara baxmayaraq, ana dilinin saflığını qorumaq hər bir vətəndaşın borcudur.

Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, AMEA-nın 70 illik yubileyi münasibəti ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə yüksək dövlət mükafatları və fəxri adlara layiq görülmüş AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib. Akademik Akif Əlizadə mükafatçıları təbrik edib, elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Mətbuat xidməti

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.dilcilik.org saytına istinad etmək gərəkdir.
SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.