Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
7.11.2015

“Azərbaycanşünaslıq: Dünəni, Bügünü və Gələcəyi”

21-23 oktyabr tarixlərində Türkiyənin Kars şəhərində Kafkas Universiteti tərəfindən keçirilən Beynəlxalq “Azərbaycanşünaslıq: Dünəni, Bügünü və Gələcəyi” mövzusunda konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kübra Quliyeva da iştirak etmişdir.

Kübra xanım orada bu il Nəsimi adına Dilçilik İnstitutunun çapdan çıxardığı “Azərbaycan dilinin Naxçıvan ləhcəsinin dialektoloji atlası”nın təqdimatını keçirmiş və təqdimatdan sonra atlası Kafkas Universitetinin kitabxanasına bağışlamışdır.

Təqdimat zamanı atlas Türkiyənin müxtəlif universitetlərindən gələn konfrans iştirakçılarının çox böyük marağına səbəb olmuş və əsər Türk Dünyasının dilçilik sahəsində ən böyük nailiyyəti kimi qiymətləndirilmişdir. İzmir, Ərdahan, Adana, İğdır universitetlərinin görkəmli alim və mütəxəssisləri həmin atlasdan onların universitetlərinə də göndərilməsini xahiş etmiş və xahişlərinin Dilçilik İnstitutunun rəhbərliyinə çatdırılmasını rica etmişlər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.