Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
25.10.2015

Elmi Şuranın iclası

Oktyabrın 23-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun direktoru akademik Tofiq Hacıyevin sədrliyi ilə baş tutan toplantıda şura üzvləri öncə gündəlikdəki bir sıra elmi və cari məsələlərlə tanış olublar.
Əvvəlcə “Nəzəri dilçilik” və “Sosiolinqvistika və dil siyasəti” şöbələrinin 9 aylıq hesabatı dinlənilib. “Sosiolinqvistika və dil siyasəti” şöbəsinin müdiri Mayıl Əskərov şöbənin elmi-tədqiqat işlərinin yerinə yetirilməsi vəziyyəti, nəşr olunan əsərlər və s. haqqında ətraflı məlumat verib. Bildirib ki, bu il şöbədə 2 monoqrafiya, 1 dərs vəsaiti, 10 məqalə çap olunub.
“Nəzəri dilçilik” şöbəsinin müdiri İdris Abbasov isə çıxışında vurğulayıb ki, bu il ərzində Mirzə Kazım bəyin əsərinin tərcüməsinə başlanılıb. Qeyd edək ki, tərcümə işi İ.Abbasovun özü tərəfindən icra ediləcək. Daha sonra şöbə müdiri bildirib ki, şöbədə doktorantların elmi-təşkilati fəaliyyəti haqqında hesabatları, dissertasiya mövzuları müzakirə olunub. Bu il “Nəzəri dilçilik” şöbəsində 2 monoqrafiya, 9 məqalə çap olunub.
Hesabat dinlədildikdən sonra Elmi Şura üzvləri cıxış edərək bildirdilər ki, hesabatlar qənaətbəxş hesab edilsin.
Elmi Şuranın gündəliyində duran növbəti məsələ magistratura təhsilinin fəaliyyəti, təqvim-tematik planlarının –sillabusların vəziyyəti haqqında idi. “Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri İlhami Cəfərsoy bu barədə ətraflı məlumat verərək bildirdiki, magistr mövzularının qeydiyyatı aparılıb, bu gün isə onların təsdiq olunması Elmi Şuranın gündəliyinə qaldırılıb. Elmi Şura üzvləri magistr mövzularını yüksək qiymətləndirərək bu istiqamətdə tələbələrə uğurlar dilədilər.
Bununla yanaşı, 2014-2015-ci illərdə Türkiyənin Hacettepe Universitetində ixtisas-artırma kurslarında birillik doktorantura təhsili almış institutun böyük elmi işçiləri Ruslan Abdullayev və Türkan Əsgərovanın hesabatları dinlənilildi.
Daha sonra Elmi Şura üzvləri “Nəzəri dilçilik” şöbəsinin böyük elmi işçiləri Aytən Allahverdiyeva və Aqil Cəfərov və “Hind-Avropa dilləri” şöbəsinin böyük elmi işçisi Lalə Qurbanovaya dosent elmi adının verilməsi barədə təklifi dinlədilər. İddiaçıların sənədləri nəzərdən keçirildikdən sonra qərar qəbul edildi.
Həmçinin iclasda doktorantura imtahanlarının hazırkı vəziyyəti ilə bağlı test sualları bankının vəziyyəti də müzakirə olundu.
Sonra institutun elmi katibi Aynel Məşədiyeva doktorantların dissertasiya mövzularının adlarında dəyişikliklərin edilməsi barədə məlumat verdi. Doktorantlar Şahlar Məmmədov, Elçin Məmmədli, Nuray Xıdırova və Maya Əhmədovanın dissertasiya mövzularının adlarına edilən dəyişikliklər Elmi Şura üzvlərinin diqqətinə çatdırıldı.
Elmi Şurada baxılan sonuncu məsələ “Nəzəri dilçilik” şöbəsinin aparıcı elmi içisi Nərmin Əliyevanın “Sözlərdə semantik uyarlıq” adlı əsərinin çapa təqdim olunması idi.
Toplantıda əməkdaşların dəyərli tədqiqatlar aparması, alimlərin ölkə daxilində və beynəlxalq konfransda iştirakı barədə məlumatlar da nəzərə çatdırılıb. Sonda Elmi Şura öz işinə yekun vurub.

Mətbuat xidmətinin rəhbəri: Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.