Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.10.2015

Orfoqrafiya Komissiyasının iclası

Bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda akademik Tofiq Hacıyevin rəhbərliyi ilə “Orfoqrafiya Komissiyası”nın iclası keçirilib. İclasda son günlər orfoqrafiya lüğətilə bağlı mətbuatda gedən məsələlər müzakirə olunub. Dilçilik İnstitutunun direktoru akademik T.Hacıyev bildirib ki, hər bir xalqın yazısında, dil mədəniyyətinin inkişafında orfoqrafiya qaydaları mühüm rol oynayır. Bu baxımdan mətbuatda lüğətin bəzi qaydalarının mübahisə obyektinə çevrilməsi də təbiidir..
İclasda vurğulanıb ki, Orfoqrafiya lüğətinin yenidən işlənməsi, verilmiş təkliflərin qiymətləndirilməsi, nöqsanların aradan qaldırılması üçün komissiya öz səylərini artırmalıdır. Toplantıda çıxış edən komissiya üzvləri, o cümlədən mövcud lüğətin redaktoru professor İsmayıl Məmmədov bildirib ki, indiki sözlük 110 min leksik vahidi əhatə edir.Yeni nəşrdə süni yolla yaradılmış sözlərin bir qismi lüğətdən çıxarılacaq.
Qeyd edək ki, Orfoqrafiya lüğətinin 6-cı nəşri 2013-cü ildə çap olunub. Tofiq Hacıyev isə Dilçilik İnstitutunun direktoru vəzifəsinə 2014-cü ildə təyin edilmişdir. Bundan sonra lüğətdəki qüsurları aradan qaldırmaq üçün xüsusi komissiya yaradılıb.

Mətbuat xidmətinin rəhbəri Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.