Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
14.10.2015

Akademik Tofiq Hacıyev Ankarada

Ankaranın məşhur Hacəttəpə universitetində “Beynəlxalq Dədə Qorqud konfransı” işə başlayıb.

AzNews.az xəbər verir ki, konfransın günortadan sonrakı iclası görkəmli Azərbaycan dilçisi, türkoloq-alim, AMEA-nın Nəsimi adına Dilçilik institutunun direktoru, akademik Tofiq Hacıyevin çıxışı ilə yadda qalıb. O, “Dədə Qorqud yazılı abidəsində üslub özəlliyi” mövzusundakı məruzəsində oğuz-türk xalqlarının müştərək dil sərvəti haqqında danışıb, yeni araşdırmaları ilə bağlı məlumat verib.

Konfransın koordinatoru F.Gülay Mirzaoğlunun AzNews.az-a verdiyi məlumata görə, bu səviyyədə keçirilən elmi konfranslarda Azərbaycan alimlərinin çıxışları həmişə diqqət mərkəzində olur: “Bu dəfə də görkəmli qorqudşünas alim kimi tanıdığımız Tofiq bəy yeni tədqiqatları ilə konfrans iştirakçılarını təəccübləndirə bildi”.

Xatırladaq ki, ənənəvi olaraq keçirilən “Beynəlxalq Dədə Qorqud konfransı”nda Azərbaycan, Orta Asiya, Rusiya Və Avropa ölkələrindən gəlmiş alimlər iştirak edirlər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.