Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters

 

“Doktorantlarn tribunası” elmi seminarının növbəti məşğələsi keçirilib

9 oktyabr 2015-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində “Doktorantlarn tribunası” elmi seminarının növbəti məşğələsi keçirilmişdir. Seminarda şöbənin böyük elmi işçisi Ruslan Abdullayevin “Türk dillərinin diferensiasiya amilləri”adlı doktorluq mövzusu ilə bağlı məruzəsi dinlənilmişdir. Qeyd edək ki, Ruslan Abdullayev 2014-2015- ci illərdə Hacettepe Universiteti Çağdaş Türk Lehçeleri bölümündə bir illik post-doktora oxuyub.

“Türk Dillərinin Diferensiasiya Amilləri”

Türk dilləri zaman keçdikcə dəyişib bir-birlərindən fərqlənməyə başlayıb. Bu diferensiasiya türk dillərinin fonetikasında, leksikologiyasında və morfologiyasında daha çox özünü göstərmişdir. Türk dillərinin ən az diferensiasiyaya məruz qalan hissəsi sintaksisidir. Belə ki, Karaimcə və Qaqauzcadan başqa digər türk dillərinin sintaksisinə baxdıqda cümlə üzvlərinin sırası demək olar ki, çoxunda eyni şəkildədir. Qədim Türk dili dövrü ilə müasir oğuz qrupu türk dillərini qarşılaşdırdığımızda hansı diferensiasiyaların olduğunu asanlıqla görə bilərik. Oğuz qrupu türk dillərinin qədim dövr ilə müasir dövründə işlənən sözlər tələffüz cəhətdən fərqliləşə bilər, leksik cəhətdən yeni mənalar qazanaraq məna genişlənmələri və məna daralmaları kimi diferensiasiya hadisələri baş verə bilər və ya qədim türk dilində olan hər hansı bir şəkilçi oğuz qrupu türk dillərinin hər birinə fərqli formada keçə bilər və ya qədim türk dili dövründə qalıb müasir dövrümüzə qədər gələ bilməyərək ölmüş də ola bilər. Ölən hər hansı bir söz və ya şəkilçinin yerini zaman keçdikcə yeniləri almış olur ki bu da oğuz qrupu türk dillərinin diferensiasiyasına səbəb olur. Oğuz Türklərinin tarixi köklərinin hansı illərdən başladığını qeyd etməli olsaq tarixçilər tərəfindən onların eradan əvvəl 4000-3500-cü illərə dayandığını deyə bilərik. Ancaq biz bu tədqiqatda mövcud olan yazılı qaynaqlara əsaslanaraq Oğuz qrupu Türk dillərinin diferensiasiyasının tarixi köklərini incələnməyə çalışılmışdır. Oğuzların adını çəkən ilk yazılı mənbə Göytürk daş kitabələridir, daha sonrakı dövrlərdə isə Mahmud Kaşğarlının Divani-lüğət it-Türk əsərində Oğuzlarla bağlı məlumatlara rast gəlirik. Məhz bunları nəzərə alaraq müzakirədə Oğuz qrupu Türk dillərində diferensiasiyanı Göytürk yazıları, "Divani-lüğət it-türk" və bu qrupa daxil olan Türkmən türkcəsi, Türkiyə türkcəsi, qaqauz türkcəsi və Azərbaycan türkcəsi arasında müqayisələr aparmaqla yaranmış diferensiasiyanın tarixi kökləri incələnməyə çalışılmışdır.
Müzakirədə qarşıya müxtəlif tədqiqat sualları qoyulmuş və bu suallar cavablandırılmağa çalışılmışdır.
1.Necə oldu ki, türk dilləri diferensiasiyaya uğradı?
2. Bu diferensiasiya nə zaman baş verdi?
3. Bu diferensiasiya konstruktivdirmi, yoxsa destruktivdirmi?
4. Dildəki difernsiasiyanı ölçmək mümkündürmü?
Dildə olan diferensiasiya amilləri iki kateqoriya altında ümumiləşdirilmişdir:
A)Dil diferensiasiyasında dildaxili faktorlar
Buraya daxildir: 1. Fonetik , 2. Morfoloji, 3. Leksik, 4. Sintaktik amillər
B) Dil dəyişikliklərində dil xarici faktorlar
Buraya daxildir: 1.Fizioloji, 2.Nevroloji, 3.Psixoloji, 4. Sosial amillər
İdddiaçı Ruslan Abdullayev məruzəsi əsasında ətraflı çıxış etdi. Sonda Ruslan Abdullayev ona ünvanlanan sualları cavablandırdı.

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.