Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
8.10.2015

«Müasir Azərbaycan dilinin intensivlik qrammatikası» yaradılıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda müasir linqvistik tədqiqatlar genişlənməkdədir. İnstitutun Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov tərəfindən ilk dəfə olaraq «Müasir Azərbaycan dilinin intensivlik qrammatikası» adlı əsər yazılıb. Bu qrammatika adi, normativ qrammatikalardan fərqlənir. Əsərin ayrı-ayrı bölmələrində intensivlik kateqoriyasının mahiyyəti, məzmunu, semantikası açılır, onun dilin qrammatik quruluşunda yeri və mövqeyi açıqlanır, intensivliyin ifadə imkanları və səviyyələri (morfoloji səviyyədə və sintaktik səviyyədə) müəyyənləşdirilir. Burada qrammatik göstəricilərin ekspressiv kəmiyyətinin dərəcələri faktları şərh edilir. Həmin qrammatika qrammatik quruluşun ekspressiv sintaksislə, emosional mətnlərlə, nitq predmetinin qiymətləndirmə faktorları ilə, qraduallıq və kəmiyyət artımı dərəcələri ilə bağlı məsələləri üzə çıxarır. Əsərdə intensivliyin ümumi prinsipləri nitqin funksional sferasında gerçəkləşir. Həmin sferada müqayisə dərəcələri formal göstəricilər kimi çıxış edir. Adektiv və adverbial vahidlər qarşı-qarşıya gəlir, bir-birinə təsir göstərirlər. Bu təsir nəticəsində meydanda olan morfemlərin xarakteristikası üçün «kəsişmə zonaları» yaranır. Bu zonalarda qrammatik intensivlik şkalaları görünür. «Kəsişəmə zonaları» aşağıdakı binar keyfiyyətdə qruplaşır: 1) intensivlik və uzunluq; 2) intensivlik və proseslik (hadisələrin gedişi, inkişafı), 3) intensivlik və qətedicilik, yəni tamamlayıcılıq, son, nəticə; 4) intensivlik və ekspressivlik. Bu «kəsişmə zonaları» dilin ümumi qrammatik prinsiplərinə əsaslanır.
Qrammatikanın çapı nəzərdə tutulub.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.