Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
16.9.2015

Akademik Tofiq Hacıyev Dilçilik İnstitutuna qəbul olmuş magistrlərlə görüşdü

Ötən ildən etibarən AMEA Rəyasət Heyətinin qərarı ilə akademiyada magistratura təhsilinin təşkili istiqamətində kompleks tədbirlər görülmüş, müvafiq işlər həyata keçirilmişdir. Dilçilik İnstitutunda bu il 3 nəfər latın, sanskrit və yunan dilləri üzrə magistraturaya qəbul olmuşdur.
Bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev magistratura pilləsinə daxil olan tələbələrlə görüşmüş, onlara təhsil pilləsində uğurlar arzulamışdır.


Öncə akademik Tofiq Hacıyev Dilçilik İnstitutunda magistratura təhsilinin tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli "Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na əsasən Dilçilik İnstitutunda magistratura pilləsi açılıb. Akademik qeyd edib ki, sanskrit, yunan və latın dilləri üzrə magistratura pilləsində təhsil alacaq tələbələrin digərlərindən fərqi ondan ibarətdir ki, burada oxuyan tələbələr qarşıdakı ildə xaricə ezamiyyətə göndəriləcək. Sonra akademik magistratura təhsilinin gələcək illərdə onların təhsilinin davam etdirilməsində vacibliyini də önə çəkdi. Vurğuladı ki, burada onların parlaq gələcəyinin təməli qoyulur.
Qeyd edək ki, dünən magistrlərlə görüşən AMEA-nın prezidenti akademik A.Əlizadə magistraturada təhsil alacaq gənclərə tələbə biletləri və kompüterlər təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.