Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
9.9.2015

​Dilçilik İnstitutu MTRŞ ilə birgə televiziyaların monitorinqinə başlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu Milli Tеlеrаdiо Şurаsı (MTRŞ) ilə birlikdə televerilişlərdə ədəbi dil normalarına riayət olunması ilə bağlı monitorinqlərə başlayıb. Bu barədə "Report"a Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli məlumat verib.
O bildirib ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın tələblərinə uyğun olaraq aparılan monitorinqdə xəbər və qeyri-xəbər verilişlərində ədəbi dil normalarına əməl olunmasının vəziyyətini öyrənmək nəzərdə tutulub: "Televiziya həm də şifahi dil normalarını yayan böyük nitq tribunasıdır. Hər gün yaşından və sosial vəziyyətindən asılı olmayaraq milyonlarla tamaşaçının izlədiyi TV-lərdə Azərbaycan ədəbi dilinin qaydalarına sözsüz əməl edilməlidir"
Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov "Report"a açıqlamasında bildirib ki, sentyabr-oktyabr ayları ərzində aparılacaq monitorinqin nəticələri noyabrın ilk ongünlüyündə açıqlanacaq: "Nəticələrlə bağlı tövsiyələrimizi hazırlayıb yayımçılara göndərəcəyik. Monitorinqin nəticələri telekanallara növbəti dəfə lisenziya veriləndə nəzərə alınacaq".
Aparat rəhbəri qeyd edib ki, ənənəvi olaraq monitorinqə cəlb edilən altı telekanalın siyahısına bu dəfə "Region TV"nin adı da əlavə olunub.

Report.az

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.