Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
6.9.2015

Ağamusa Axundov dünyasını dəyişdi

Uzun illər AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışmış akademik Ağamusa Axundov dünyasını dəyişdi.
Görkəmli dilçi və türkoloq alim - akademik Ağamusa Axundov sentyabrın 5-də vəfat edib.
Ağamusa Axundov dil və ədəbiyyata dair fundamental araşdırmaların müəllifi idi.
O, son illər AMEA-nın Rəyasət Heyətinin müşaviri kimi çalışırdı.
Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində doğulub.
Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950-1955-ci illər) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil alıb (1959-1965).
Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958-1959), baş müəllimi (1959-1961-ci illər), dosenti (1961-1967), universitetin ümumi dilçilik kafedrasının professoru, filologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990), Ümumi dilçilik kafedrasının müdiri (1981-1999) olub.
AMEA-nın həqiqi üzvü (2007), Dövlət mükafatı laureatı (1986), Əməkdar elm xadimi (1990) idi.
1993-2014-cü illərdə “Türkologiya” jurnalının baş redaktoru olub.
Mərhumun cənazəsi 7 sentyabr saat 13:00-da AMEA-nın əsas binasından götürüləcək.
A.Axundovun xarirəsi onu sevənlərin qəlbində yaşayacaq.

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.