Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
16.7.2015

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi

İyulun 15-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

Sonra akademik A.Əlizadə AR Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icra vəziyyəti haqqında məlumat verdi. Sərəncamın icra istiqamətində fəaliyyəti gücləndirmək məqsədilə AMEA Rəyasət Heyətinin qərarını diqqətə çatdırdı. Sərəncamın icrasını təmin etmək məqsədilə Komissiya yaradıldı və onun tərkibi təsdiq olundu. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edildi.

Akademik Kamal Abdullayevin AMEA-nın Humanitar Elmlər Bölməsinin Büro üzvlüyünə daxil edilməsi haqqında qərar müzakirə olunaraq qəbul olundu. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə tapşırıldı.

Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev "Dövlət Proqramı" ilə bağlı işlərdən bəhs etdi. Bildirdi ki, hazırda "Dövlət Proqramı"nın icrası ilə bağlı Dilçilik İnstitutunun apardığı monitorinqlər davam edir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.