Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
6.7.2015

NATƏVAN HÜSEYNOVA – 60

Quliyeva-Hüseynova Natəvan Cahangir qızı 1955-ci ildə may ayının 20-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur.
1973-cü ildə Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirmişdir.
1979-cu ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinə işə qəbul olunmuşdur, 1991-ci ildən kiçik elmi işçi, 1998-ci ildən elmi işçi, 2003-cü ildən böyük elmi işçi kimi çalışır.
N.C.Hüseynova 1994-cü ildə “Azərbaycan dili terminologiyasının formalaşması və inkişaf tarixi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
-“Библиографический указатель литературы по вопросам терминологии Азербайджанского языка 1920-1980 гг”. (Баку, “Элм”, 1981, 48 стр);
-“Terminologiyaya aid ədəbiyyatın və terminoloji lüğətlərin biblioqrafiyası”nın müəlliflərindən biridir (Bakı, “Elm”, 1983, 46 səh);
-“Azərbaycan dilində termin yaradıcılığı prosesi (1920-1990-cı illər)” adlı monoqrafiyanın (Bakı, “Nurlan”, 2008-ci il, 139 səh.), 40 elmi məqalənin müəllifidir.
1998-ci ildən YAP-ın üzvüdür.
Ailəlidir, iki övladı var.
Natəvan Hüseynovanı 60 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı və elmi fəaliyyətində uğurlar arzulayırıq!

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.