Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
22.6.2015

“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” 4 dildə

Bir il bundan əvvəl AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Dil tarixi və Dialektologiya” şöbəsinin nəzdində yaradılmış “Dialektoloji atlas” qrupunun ilk elmi işi – “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” çapdan çıxmışdır.
Qrupun əməkdaşları Zirəddin Xasiyev, Kifayət İmamquliyeva, Kübra Quliyeva, Qüdsiyyə Qəmbərova, Məhərrəm Məmmədli “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nın həmmüəllifləridir.
Atlasın tərtibi məqsədi ilə ötən ilin iyun, avqust və oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının 151 yaşayış məntəqəsinə ekspedisiya təşkil olunmuşdur. Həmmüəlliflərlə bərabər, qrupun digər üzvləri Güntəkin Binnətova və Səkinə Şərifova kameral işlərin yerinə yetirilməsində fəal iştirak etmişlər.
Atlasın türk dili üzrə tərcüməçisi dosent Kübra Quliyeva, ingilis və rus dilinə çevirən institutun “Roman – german dilləri” şöbəsinin aparıcı elmi işçisi, dosent Gülşən Axundovadır.
Atlasın proqram tərtibçisi AMEA Coğrafiya İnstitutunun əməkdaşı Elvin Əmrahovdur.
Atlasın tərtibi üçün 4 dildə hazırlanmış proqram da ayrıca nəşr olumuşdur. Elmi-texniki tərəqqinin ən son nailiyyəti kimi atlasın elektron variantı və informatorların səs yazıları kompakt disk halında atlasa əlavə olunmuşdur.
4 dildə - Azərbaycan, türk, ingilis və rus dillərində işlənmiş “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə 500 tirajla çap olunmuşdur.
Atlasın nəşriyyat dizayneri Zahid Məmmədovdur.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.