Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
22.6.2015

Sayalı Sadıqova-55

Sayalı Allahverdi qızı Sadıqova 1960-cı ildə ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (V.İ.Lenin adına APİ-nin) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin il Şuranın qərarı ilə Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına daxil olmuşdur.
1986-cı ildə «Azərbaycan ədəbi dilində termin-söz birləşmələri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1984-cü ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda işləyir. 1997-ci ildə doktoranturanı bitirmiş, 1999-cu ildə «Azərbaycan dilində fizika-riyaziyyat terminologiyasının formalaşması və inkişafı» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Terminologiya şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavinidir.
S.A.Sadıqova terminologiyanın nəzəri problemlərinə, eləcə də dilçiliyin başqa sahələrinə aid 10 monoqrafiyanın, 200-dən artıq elmi məqalənin müəllifi və Terminologiya Komissiyasının xətti ilə çıxan 50-dən artıq terminoloji lüğətin redaktorudur.
S.Sadıqova bunlara bərabər Respublikamızda elmi konfranslarda, eləcə də, Türkiyə (İstanbul); Qazaxıstan (Astana); İranda keçirilmiş konfrans və simpoziumlarda maraqlı məruzələrlə çıxış etmişdir. 2011-2012-сi illərdə ölkəmizdə və Türkiyədə keçirilən Dil qurultayında nümayəndə heyətinin üzvü kimi iştirak etmişdir.
S.Sadıqova İnstitutun ictimai həyatında fəal iştirak etmişdir. Alim uzun müddət AMEA Rəyasət Heyətinin üzvü olmuşdur. Dəfələrlə Rəyasət Heyəti tərəfindən təşəkkürlər almış və 2 dəfə Fəxri Fərmanla (2005-2010) təltif olunmuşdur.
Tədqiqatları ümumi dilçilik, terminologiya, ədəbi dil tarixi və s. sahələrlə bağlıdır.
Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur. Hazırda Nəsimi adına Dilçilik İnstitutunda Dissertasiya Şurasının, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurasının üzvü, AMEA Rəyasət Heyəti yanında “Terminologiya məsələləri” toplusunun redaktorudur.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür. Ekspertlər Komitəsinin İstanbul şəhərində 16 noyabr 2012-ci il tarixində ilk iclasında iştirak edilmiş və toplantıda türk dillərinin Ortak Terminoloji Kurulun üzvü seçilmişdir.
5 sentyabr 2013-cü ildə Türki Kenesi Terminologiya Komitəsinin təşkilatçılığı ilə Qazaxıstanda yaranan Türki Akademiyasında Türk dillərinin Terminologiya məsələləri – termin yaradıcılığı prosesi ilə bağlı seminarda iştirak etmişdir.
S.Sadıqovanın elmi rəhbərliyi ilə 9 nəfər filologiya üzrə fəlsəfə doktoru, o cümlədən 1 nəfər filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır.
İndiyə kimi 14 nəfərin opponenti olmuşdur. 20-dən çox elmi, publisist əsərlərinin redaktoru və rəyçisi olmuşdur.
O daimi elmi axtarışdadır. Elmin müxtəlif sahələrinə aid tədqiqat aparan, yorulmaq bilməyən, zəhmətkeş alimi, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanı AMEA Nəsimi adına Dilçilik İnstitutunun kollektivi tərəfindən 55 yaşı münasibəti ilə təbrik edirik!

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.