Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
12.6.2015

“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” (yenilənib)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi (6.3.5.) nəzərdə tutulmuşdur.
Proqramda nəzərdə tutulan bu maddənin həyata keçirilməsi məqsədilə AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik T.Hacıyevin səyi nəticəsində Dil tarixi şöbəsində xüsusi qrup – Dialektoloji atlas qrupu yaradılmışdır. Dialektoloji atlas qrupu yeni layihə əsasında Azərbaycan dilinin dialektoloji atlasını hazırlamaq üçün işə başlamışdır. Öncə Naxçıvan qrupu dialekt və şivələrinin tədqiqi nəzərdə tutulmuşdur. Bu məqsədlə 10 iyun 2014-cü ildən başlayaraq qrupun üzvləri dəfələrlə Naxçıvan Muxtar Respublikasına ezam olunmuş və buradan toplanan zəngin material əsasında “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nı tərtib etmişlər. Qrupun rəhbəri Zirəddin Xasiyevin, qrupun üzvləri Kifayət İmamquliyeva, Məhərrəm Məmmədli, Kübra Quliyeva, Qüdsiyyə Qəmbərova, Güntəkin Binnətova, Səkinə Şərifovanın gərgin əməyi nəticəsində 2 il ərzində hazırlanması nəzərdə tutulmuş “Atlas” 1 il tamam olmadan nəfis şəkildə çapdan çıxmışdır. “Atlas” 4 dildə (Azərbaycan, türk, ingilis və rus dillərində) tərtib olunmuşdur.
308 səhifəlik “Atlas”da Naxçıvan Muxtar Respublikasının 151 yaşayış məntəqəsini əhatə edən 250 xəritə, hər xəritə üçün yazılmış xüsusi şərh, ekspedisiya müddətində informatorlarla söhbət zamanı çəkilmiş, həmçinin müasir Naxçıvanı, onun mənzərələrini, tarixini, etnoqrafiyasını, kulinariyasını əks etdirən şəkillər, “Atlas”ın tərtibində istifadə olunmuş proqram, tədqiq olunmuş yaşayış məntəqələrinin və müsahibəyə cəlb olunmuş informatorların siyahısı, içərisində informatorların səsi və səsli elektron kitab yerləşdirilmiş kompakt disk və s. öz əksini tapmışdır.
“Atlas”da izoqlos yaradan dialekt xüsusiyyətləri xüsusi işarələrlə verilmiş və onların yayılma arealı müəyyənləşdirilmişdir. Akademik Tofiq Hacıyev “Atlas”ın məsul redaktoru və giriş xarakterli “Muxtar Respublikanın muxtar dialekti və onu daşıyanlar haqqında bir söz” məqaləsinin müəllifidir. “Atlas”ın müəllif və tərtibçiləri Naxçıvan qrupu dialekt və şivələrini fonetik, qrammatik və leksik səviyyədə tədqiq etmişlər: Kifayət İmamquliyeva (“Fonetika”, xəritə № 1-64), Kübra Quliyeva (“Morfologiya”: “İsim”, “Sifət”, “Say”, “Əvəzlik”, “Zərf”, xəritə № 65-122), Qüdsiyyə Qəmbərova (“Morfologiya”: “Feil”, “Köməkçi nitq hissələri”, xəritə № 123-175), Məhərrəm Məmmədov (“Sintaksis”, xəritə № 176-194), Zirəddin Xasiyev (“Leksika”, xəritə № 195-245), Əbülfəz Quliyev (“Leksika”, xəritə № 246-250). “Atlas”ın “Fonetika”, “Qrammatika” (“Morfologiya” və “Sintaksis”), “Leksika” bölmələrindən ibarət 3 hissə Azərbaycan Respublikasının üçrəngli bayrağı şəklində kitabın cildində əks olunmuşdur. Rənglər rəmzi məna daşımaqla yanaşı, bölmələrin asan müəyyənləşdirilməsinə də xidmət edir.

Mətbuat xidmətinin rəhbəri: dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.