Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
11.6.2015

“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nəşr edilib

Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nəşr edilib. Atlas institutun dil tarixi və dialektologiya şöbəsinin "Dialektoloji atlas" qrupunun birgə əməyinin bəhrəsidir.

“Elm və Təhsil” nəşriyyatında nəfis şəkildə çap olunan atlasda Naxçıvan dialektinin fonetik, leksik-sintaktik, morfoloji quruluşu barədə müfəssəl, dəqiq, düzgün məlumatlar yer alıb. Atlasda həm də ilk dəfə olaraq mp3 formatında canlı səs yazıları verilib. Burada informasiyanı verən şəxslərin canlı danışıqları da var və onları dinləmək də mümkündür.

Atlasda Azərbaycanın və Naxçıvanın xəritəsi də verilib. Atlasın tərtibçiləri Z.Xasiyev, K.İmamquliyeva, K.Quliyeva, Q.Qəmbərova və M.Məmmədlidir. “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın sonunda infarmatorların şəkli də öz əksini tapıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.