Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
7.6.2015

Zemfira Əliyeva - 65

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin aparıcı elmi işçisi Zemfira Əliyevanın 65 yaşı tamam olur.
Əliyeva Zemfira Musa qızı 1950-ci ildə Ucar rayonunda anadan olub. 1967-ci ildə Bakı şəhərindəki 190 № li məktəbi bitirib. 1967-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsinə daxil olub, 1972-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib. Həmin ildə institutun elmi şurasının qərarı ilə fonetika kafedrasına laborant vəzifəsinə təyin olunub.
1973-cü ildən 1979-cu ilə qədər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor və tərcüməçi işləyib.
1982-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunub, 1985-ci ildə oranı bitirib.
1982-ci ildən 1992-ci ilə qədər Bakı Dövlət Universitetinin Rus dilçiliyi kafedrasında müəllim işləyib.
1990-cı ildə rus dilində «Развитие семантики качественных прилагательных в русском литературном языкe XVIII-XIX вв.» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1992-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun doktoranturasına qəbul olunub, 1995-ci ildə doktoranturanı bitirib.
1995-ci ildən bu günə qədər AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsində çalışır. 2011-ci ildən həmin şöbənin aparıcı elmi işçisidir.
2012-ci il noyabr ayının 6-da AMEA-nın nəzdindəki Müdafiə Şurasında “Türk dillərində sifətlərin semantik-funksional və struktur xüsusiyyətləri” adlı doktorluq dissertasiyası müdafiə edib. AAK-ın 2013-cü il tarixli qərarı ilə filologiya elmləri doktoru elmi dərəcəsi alıb.
3 monoqrafiyası, 46 elmi məqaləsi çap olunub. Xaricdə isə 6 məqaləsi çap edilib. Ailəlidir, 3 övladı var.
Zemfira xanımı ad günü münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı və elmi fəaliyyətində uğurlar arzulayırıq!

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.