Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
1.6.2015

"Teleaparıcılar üçün ikihəftəlik treninqlərin yekunu"na həsr olunmuş dəyirmi masa

1 iyun 2015-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Teleaparıcılar üçün ikihəftəlik treninqlərin yekunu"na həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev “Dövlət Proqram”ı ilə bağlı görülən işlərdən söhbət açıb. T.Hacıyev bildirib ki, televizya ilk növbədə informasiya mənbəyidir. Dilin informativ, estetik, ideoloji funksiyaları daha çox KİV-də özünü göstərir. Bunun üçün aparıcılar öz üzərlərində daha çox işləməlidirlər. Bu baxımdan treninqin keçirilməsinə böyük ehtiyac vardır.


T.Hacıyev qeyd edib ki, aparılan treninqlər KİV-lə Dilçilik İnstitutu arasında olan əlaqələrin möhkəmlənməsinə də xidmət edir.
Monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli öz çıxışında treninqlərdə teleaparıcılara ədəbi normalar sistemi, şifahi və yazılı nitq normaları, vurğu, ifadəli oxu və s. kimi mövzuların izahlarının verildiyi barədə danışdı.
İki həftə davam edən treninqlərdə Atv, İtv, Xəzər, Regon tv, Ans, Lider və Space telekanallarının aparıcı və diktorları iştirak edib. Treninqlərdə Dilçilik İnstitutunun alimləri teleaparıcılara müxtəlif mövzularda mühazirələr oxuyublar. Təlimlər yüksək səviyyədə keçirilib. Sonda təlim iştirakçılarına sertifikatlar verilib.

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.