Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
28.5.2015

“Respublikanın ictimai-siyasi həyatında Azərbaycan Milli Elmlər Akademiyası, Respublika Ağsaqqallar Şurası və gənc alimlərin rolu”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Respublika Ağsaqqallar Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş “Respublikanın ictimai-siyasi həyatında Azərbaycan Milli Elmlər Akademiyası, Respublika Ağsaqqallar Şurası və gənc alimlərin rolu” mövzusunda toplantı keçirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq, ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Onun bütövlükdə Azərbaycanın dövlətçilik ənənələrinin qurulmasında, müstəqilliyinin və iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində müstəsna xidmətləri olduğunu xatırladıb, ulu öndərin 92-ci ildönümünə həsr olunmuş tədbirlərin nəinki ölkəmizdə, eləcə də bir çox xarici dövlətlərdə böyük ehtiramla qeyd olunduğunu vurğulayıb.
Sonra akademik A.Əlizadə ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşmasından danışıb, ölkənin elmi-ictimai həyatında Akademiyanın rolundan bəhs edib. Bildirib ki, Heydər Əliyevin rəhbərlik etdiyi dövr ölkəmizin tarixinə elmin və təhsilin, mədəniyyətin tərəqqi dövrü kimi daxil olub. Həmin illərdə ulu öndər Azərbaycan elminin tərəqqisinə mane olan bir sıra amilləri aradan qaldırıb, ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, respublikanın mədəni intellektual resurslarının gücləndirilməsinə mövcud potensialı səfərbər edib.
Akademik A.Əlizadə Heydər Əliyevin gənclər siyasətindən, xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik və dövlətçiliyin qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsində ulu öndərin xidmətlərindən danışıb. Vurğulayıb ki, həyata keçirilən gənclər siyasəti yeni nəslin fiziki, mənəvi-psixoloji sağlam yetişməsinə, istedadlı gənclərin üzə çıxarılması və ölkənin gələcək inkişaf strategiyasının əsasını təşkil edən gəncliyin formalaşmasına töhfə verir.
Sonra Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. İctimai-siyasi həyatda respublika ağsaqqallarının rolu” mövzusunda cıxış edib, dahi şəxsiyyətin zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycan xalqının milli dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Hər zaman öz müdrikliyi ilə seçilən ağsaqqallarımız Azərbaycan dövlətçiliyinin çətin günlərində də xalqın ön sıralarında olub, insanlara ən doğru yolu göstəriblər.
Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolunun daha da artdığını deyən F.Heydərov məhz Heydər Əliyevin sayəsində ağsaqqalların ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin edildiyini vurğulayıb. Millət vəkili onu da qeyd edib ki, bu gün Respublika Ağsaqqallar Şurası milli-mənəvi dəyərlərimizin qorunması, saflıq, ədalətlilik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını özünün əsas vəzifələrindən hesab edir. Eyni zamanda gənc nəslin mənəvi və fiziki sağlamlığına diqqət yetirən ağsaqqallar bu istiqamətdə də əzmkarlıq göstərirlər. Müxtəlif layihələr reallaşdırır, görüşlər keçirirlər.


Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında Milli Elmlər Akademiyasının rolu” mövzusunda çıxış edib. Heydər Əliyevin AMEA alimləri ilə keçirdiyi görüşlərdən danışan akademik bildirib ki, ulu öndər hər zaman Azərbaycan elmi qarşısında dayanan əsaslı problemlərə toxunaraq və onların aktuallığını əsaslandıraraq alimlərimizə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyyə edib, elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürüb. Akademik ulu öndərin hakimiyyətə gəlişinin ilk günlərindən onun Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinin öyrənilməsi, öyrədilməsi, müxtəlif problemlərinin tədqiqi, tarix, mədəniyyət və ədəbiyyat sahəsində xidməti olan şəxsiyyətlərin xalqa tanıdılması, adlarının əbədiləşdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyətindən danışıb. Qeyd edib ki, müdrik rəhbərin qayğısının nəticəsidir ki, bu gün də ədəbiyyat və mədəniyyətimizin müxtəlif problemlərinə aid geniş tədqiqatlar aparılır, fundamental əsərlər yazılır.
Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov respublikanın ictimai-siyasi həyatında gənc alimlərin rolundan danışıb. Azərbaycan gənclərinin yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında ulu öndərin xidmətlərindən bəhs edib. Bildirib ki, bu gün Azərbaycanda aparılan gənclər siyasəti gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli dəstək verilməsi Heydər Əliyev siyasətinin davamıdır və bu da ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasəti ilə bağlı konsepsiyada öz əksini tapır. Müxtəlif sahələrdə fəaliyyət göstərən intellektual səviyyəli gənclərin elmi-ictimai fəaliyyətlərinin inkişafına xidmət edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi və digər bu kimi mühüm layihələrin həyata keçirilməsi Heydər Əliyev siyasətinin təməl prinsiplərinə söykənir. F.Salmanov qeyd edib ki, Akademiyada fəaliyyət göstərən gənclərin dünyanın tanınmış elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlığı, nüfuzlu beynəlxalq statuslu tədbirlərdə Azərbaycan elmini təmsil etmələri Heydər Əliyevin mirası və Azərbaycan gəncliyinin uğurudur. Onun müəyyənləşdirdiyi elm siyasətinə gənc alimlərimiz daim sadiqdir və bu siyasətin yaşaması üçün lazım olan bütün fədakarlığı göstərir.
Həmçinin tədbirdə Dilçilik İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Aynur Qədimalıyeva "Heydər Əliyev və Azərbaycan dili " mövzusunda çıxış edib.

Mətbuat xidmətinin rəhbəri: dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.