Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
27.5.2015

Elmi Şuranın iclası keçirilib

27 may 2015-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
İclasın gündəliyində bir sıra məsələlər müzakirə olunub.
İlk olaraq Türk dilləri şöbəsinin altı aylıq hesabatı dinlənilib. Hesabatı şöbə müdiri Məhəbbət Mirzəliyeva məruzə edib. M.Mirzəliyeva şöbə əməkdaşlarının elmi, pedaqoji fəaliyyəti, plan işlərinin yerinə yetirilməsi, çap işləri haqqında məlumat verib.
Həmçinin, Dil tarixi və dialektologiya şöbəsinin yarım illik hesabatı haqqında şöbə müdiri, dosent Teyyub Quliyev ətraflı çıxış edib.
Sonra Elmi Şura doktorluq imtahanları komissiyalarının tərkibini müəyyənləşdirib. Ayrı-ayrı ixtisaslar və xarici dissertantlar üçün imtahan komissiyası yaradılıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Azad Həmkarlar İttifaqının sədri Solmaz Süleymanovanın da hesabatı dinlənilib.
Daha sonra Terminologiya şöbəsinin aparıcı elmi işçiləri İradə Abdullayeva, Svetlana Novruzova və Natəvan Hüseynovaya dosent elmi adının verilməsi barədə Elmi Şuranın hesablayıcı komissiyası yaradılıb. Hesablayıcı komissiyanın səsverməsindən sonra qərara alınıb ki, iddiaçıların sənədləri AAK-a təqdim edilsin.


Bununla yanaşı, Terminologiya şöbəsinin aparıcı elmi işçisi Natəvan Hüseynova 60 illik yubileyi münasibətilə Elmi Şura üzləri və institut direktoru, akademik Tofiq Hacıyev tərəfindən təbrik edilib.
Elmi Şura cari məsələlərə də aydınlıq gətirərək öz işinə yekun vurub.

Mətbuat xidmətinin rəhbəri: dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.