Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
18.5.2015

Teleradio aparıcıları və diktorları üçün təlimlər

May 18-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda dilin düzgün işlədilməsilə bağlı “Dövlət Proqramı”na uyğun olaraq teleradio aparıcıları və diktorlarının nitqinin inkişaf etdirilməsi məqsədilə nəzərdə tutulmuş təlim kurslarına başlanılıb. Təlim iştirakçıları Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevlə görüşüblər. Görüşdə bu gün teleradio məkanında gedən dil məsələləri barədə fikir mübadiləsi aparılıb.

Bu proseslərin zərərli cəhətləri barədə söz açan Monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli dilin normalarının qorunmasında teleradio əməkdaşlarının önəmli rolu haqqında danışıb. O qeyd edib ki, bəzi televiziyada xəbər və radio aparıcılarının, diceylərin nitqində narahatlıq doğuran məqamlar var. Təlimin məqsədi həmin mənfi məqamları aradan qaldırmaqdır. Təlim çərçivəsində ilk dərsləri KİV sahəsində araşdırmaları ilə tanınan dilçi mütəxəssislər Sevinc Məmmədova və Aytən Bəylərova aparıblar. Təlim prosesində MTRŞ və Dilçilik İnstitutunun apardığı monitorinqlərin nəticələri də müzakirə olunub və konkret nümunələr nəzərdən keçirilib. Qeyd edək ki, təlimlər 2 həftə davam edəcək.

Mətbuat xidmətinin rəhbəri: dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.