Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
15.5.2015

Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya

15 may 2015-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev bildirib ki, görkəmli şair və ədəbiyyatşünas, ictimai xadim, akademik Bəxtiyar Vahabzadə çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən biri olub. Onun geniş və səmərəli bədii yaradıcılıq yolu, elmi, pedaqoji fəaliyyəti, fəal vətəndaşlıq mövqeyi müasir Azərbaycan ziyalılığının salnaməsinə ən qiymətli, ən yaddaqalan, səhifələr yazmışdir.


Bizim dövlətimiz hər zaman lazımi şəxslərə qiymət verir. B.Vahabzadə də belə şəxzsiyyətlərdəndir. 1990-cı illərin burulğanında Bəxtiyar Vahabzadə ulu öndər Heydər Əlieyvə arxa oldu. S.Vurğun, S.Rüstəm nəslindən sonra B.Vahabzadə nəsli gəlir. B. Vahabzadə mənə dərs deyib.Bir çox klassikləri o mənə öyrədib. Sonra T.Hacıyev vurğuladı ki, mən X sinif Azərbaycan dili kitabını yazanda B.Vahabzadəyə müraciət etdim. Ondan Azərbaycan dili haqqında şeir istədim. O da “Ana dili mənim kimliyimdir” adlı şeir yazaraq verdi. Bəxtiyar müəllim şair kimi də, ictimai xadim kimi də, vətəndaş kimi də ana dilimizin həm təbliğatçısı, həm qoruyucusu, həm də yaradıcısı olaraq tanınırdı. Qətiyyətlə demək istərdim ki, Bəxtiyar müəllimin sözün əsil mənasında müasir Azərbaycan ədəbi dilinin inkişafında xüsusi xidmətləri olub. B.Vahabzadə yubileyi keçirilməyə layiq simalardan biridir.
Sonra professor Sevil Mehdiyeva “İstiqlal şairi B.Vahabzadə” adlı məruzə ilə çıxış etdi.

Milli keçmişimizə, şərəfli tariximizə, doğma vətən torpağına, dilimizə, mədəniyyətimizə, folklorumuza və yazılı ədəbiyyatımıza dərindən dərin köklərlə bağlı olmuş Bəxtiyar müəllim, həm də bütün bu sadaladığım sahələrdə insanlarda maraq oyadan, onları bu ruhda nəfəs almağa səsləyən şair, alim, pedaqoq və vətəndaş idi. Şair «dili insanın anasından öyrəndiyi ən qiymətli sərvət, vətənə və millətə məhəbbətinin başlanğıcı kimi səciyyələndirir».

«Mənim anam» şeirində göstərir ki, o, dili öz savadsız anasından öyrənmişdir. Anası oğluna təkcə dil öyrətməyib, ancaq onun öyrətdikləri şeylər, mətləblər içərisində ən vacibi, ən lazımlısı budur.
“B.Vahabzadə yaradıcılığında dil məsələləri və onun şeir dili haqqında” mövzusunda çıxış edən dosent Səbinə Alməmmədova vurğuladı ki, Bəxtiyar Vahabzadə söz sənətkarlarını xalqla daim təmasda olmağa, xalqın canlı danışıq dilindən öyrənməyə çağırır, ana dilinin dərin qatlarında yatan, hər kəsin görə bilmədiyi, duymadığı məna çalarlarını arayıb üzə çıxarmağa səsləyir. Şair xalqı öz dili ilə dindirməyi, danışdırmağı ən doğru yol hesab edir. Yazıçıların bədii dildə ortaya qoyduqları yeni deyim tərzi xalq dilində formalaşmış sözlər, söz formaları və şəkilçilərin təqdim etdiyi sonsuz imkanlara söykənir.

Sonra S.Alməmmədova qeyd etdi ki, Bəxtiyar Vahabzadəni ən çox düşündürən məsələlərdən biri də «Ortaq türk dili» məsələsidir. Həmin məsələ onun bir çox diskussiyaların, yazıların mövzusu olmuşdur.
Sonra professor İsmayıl Məmmədli “B.Vahabzadənin yaradıcılığında dil sənətkarlığı”, filologiya üzrə fəlsəfə doktoru Zamiq Təhməzov “B.Vahabzadənin şeir dili” mövzusunda çıxış etdilər.

Mətbuat xidmətinin rəhbəri:
Dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.