Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
7.5.2015

“Heydər Əliyev və müasir gənclik” mövzusunda elmi-praktik konfrans keçirilib

Gəncə şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər Təşkilatı və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Heydər Əliyev və müasir gənclik” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, AMEA Gəncə Bölməsinin elmi katibi, akademik Fuad Əliyev, AMEA-nın gənc alim və mütəxəsisləri, ziyalılar iştirak edib.
AMEA-nın gənc alim və mütəxəsisləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu öndərin xatirəsini dərin ehtiramla yad edərək, abidəsi önünə təzə gül-çiçək dəstələri qoyublar.
Sonra qonaqlar dahi rəhbərin adını daşıyan möhtəşəm Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.


AMEA Gəncə Bölməsinin elmi katibi, akademik Fuad Əliyev, AMEA Gənc Alim və Mütəxəsislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru,dosent Famin Salmanov ,AMEA Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Qədimalıyeva elminin inkişafında ümummilli liderin rolu haqqında danışaraq, bildiriblər ki, bu gün ölkəmizdə aparılan gənclər siyasəti , gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli dəstəyin verilməsi dahi rəhbərin siyasətinin düşünülmüş mühüm və zəruri addımlarından biridir.
Daha sonra AMEA Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Qədimalıyeva "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda çıxış etmişdir. A.Qədimalıyeva öz çıxışında H.Əliyevin dilə göstərdiyi qayğılardan geniş şəkildə söhbət açmışdır.

Mətbuat xidmətinin rəhbəri:
dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.