Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
27.4.2015

Elmi Şuranın iclası keçirilib

27 aprel 2015-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
İclasda “Kompüter dilçiliyi” və “Qədim dillər və mədəniyyətlər” şöbələrinin elmi-tədqiqat işlərinin icra hesabatları dinlənilmişdir.
“Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri, filologiya elməri doktoru İlhami Cəfərsoy çıxış edərək bu il şöbə əməkdaşı, professor Çingiz Qaraşarlının kitabının Ankarada çap olunduğunu, “Qədim dillər və mədəniyyətlər üzrə biblioqrafiya”nı tərtib etdiklərini bildirdi.
“Kompüter dilçiliyi” şöbəsinin müdiri f.e.dok. K.Vəliyeva isə çıxışında maşın tərcüməsi ilə bağlı işlərin aparıldığını söylədi, şöbənin elmi işçisi Cahid Kazımovun “Azərbaycan dilinin ümumi informasiya bazasının yaradılması” haqqında layihə hazırladığını vurğuladı.
“Gənc Alimlər və Mütəxəssislər Şura”sının sədri, dosent Aynur Qədimalıyeva 2015-ci ilin fəaliyyət planının yerinə yetirilməsi haqqında məruzə etdi. O, bildirdi ki, bu il həyata keçiriləcək “Bu günün şagirdi, sabahın alimi” adlı layihə çox maraq doğurub. Noyabr ayında 321 saylı məktəbdə belə bir görüş təşkil ediləcək.
Daha sonra A.Qədimalıyeva may ayında Gəncə Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin adadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilməsi haqqında açıqlama verdi. Həmin konfransda özü “Heydər Əliyevin dil siyasəti” adlı məqalə ilə çıxış edəcək.
Azərbaycan Dövlət İqtisad Universitetində payızda keçiriləcək “Dədə Qorqudun iqtisadi fikirləri” adlı konfransda da institutun gənc alimləri iştirak edəcəklər.
Sonra “Müasir Azərbaycan dili” və “Nəzəri dilçilik” şöbələrinə müsabiqə yolu şöbə müdiri vəzifəsinə seçkilər keçirildi. Səsvermədə 22 nəfər şura üzvü iştirak etdi. “Müasir Azərbaycan dili” şöbəsinin müdiri vəzifəsinə 22 nəfər lehinə olmaqla professor İsmayıl Kazımov səsvermə yolu ilə seçildi.
“Nəzəri dilçilik” şöbəsinə isə 18 nəfər lehinə olmaqla filologiya üzrə elmər doktoru İdris Abbasov səsvermə yolu ilə müdir seçildi.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.